Mövcud vakansiyalar

 

Mobifix təmir xidməti sahəsində ixtisaslaşmış bir markadır. Biz Xidmət Mərkəzi Mütəxəssisi vəzifəsi üçün yeni vakansiyanı açıq elan edirik. Mütəxəssis bizim yeni açılan Xidmət Mərkəzimizdə fəaliyyət göstərəcək.

Biz sahə üzrə ən azı 3 il peşəkar təcrübəsi olan, yüksək motivasiyalı texniki mütəxəssis axtarırıq. Idarəetmə sahəsində təcrübəsi olanlara üstünlük verilir. Bu vəzifəyə seçiləcək şəxs çoxsaylı təmir işlərinin həyata keçirilməsinə rəhbərlik edəcək, texniklər komandasını idarə edəcək, onları təlimatlandıracaq və inkişaf etdirəcək.

 

Əgər bu təklif sizə uyğundursa, həmçinin  

  • ən müasir təmir texnikalarını öyrənməyə həvəslisiniz, gündəlik smartphone-larla işləyirsiniz

  • inkişafa və yeniliklərə meyllisiniz

  • texnologiyanı sevir və digərlərini öyrətməyə həvəslisinizsə

 

…o zaman haqqınızda məlumatı bizə göndərin.

 

Biz təklif edirik:

  • Rəqabətə davamlı əmək haqqı

  • İcraya uyğun həvəsləndirici bonuslar

  • Şən, çevik və rəqabətli komanda mühiti

 

İşin təsviri

  • Avirtel-in Xidmət Mərkəzini tanıtmaq, şirkətin təklif etdiyi bütün xidmət və məhsulları təqdim etmək

  • Gündəlik əməli işlərin tamamlanmasını təmin etmək

  • Müştərilərin smartphone, noutbuk və kompyuterlərini təmir etmək

  • Təmir texnikləri komandasına rəhbərlik etmək

  • Dinamik mühitdə çoxsaylı təmir işlərini idarə etmək

  • Standart əməli prosedurların komanda tərəfindən riayət olunmasına nail olmaq

  • Qarşıya qoyduğu hədəflərə çatmaq və ya onları aşmaq

  • İnventar hesablar və malların giriş-çıxışının qeydiyyat siyahıları daxil olmaqla işin bütün inzibati aspektlərini idarə etmək

  • Sağlam rəqabət məqsədilə əlavə bilik və bacarıqlar əldə etmək

  • Tələb olunarsa,  müvafiq təlimlərdən keçmək

 

Uğurlu namizəd aşağıdakı funksiyaları həyata keçirəcək:

  • Günün müəyyən saatlarında, həmçinin axşamlar və bayramlarda işləmək tələb oluna bilər

  • Uzun saatlar işləmə qabiliyyəti

  • Kargüzarlıq işlərini zamanında və səliqəli yerinə yetirmək

  • Kompyuter, wifi, surətçıxarma və skayner avadanlıqlarından istifadə bacarığı

  • İşin tələbinə əsasən ofisdənkənar işləmək təlıb oluna bilər

  • Xidmətdən narazı qalan müştərilərlə təmas qurmaq

  • Qarşıya qoyulan hədəflərə çatmaq və ya onları aşmaq

 

Tələb olunan keyfiyyətlər:

  • texniki və peşəkar iş təcrübəsi

  • lehimləmək təcrübəsi

  • idarəetmə təcrübəsi

  • hədəflərə və kvotalara çatması barədə yazılı sənəd